Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhərin Şah İsmayıl Xətai prospektində avtomobil yolu keçən, 1980-ci il təvəllüdlü Ruslan Məmmədovu vurub.
Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan piyada xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu