Əvvəla vurğulayaq ki, etnik təmizləməni törədən dövlət Ermənistandır. Hakimiyyət illəri Azərbaycan torpaqlarının işğalı və azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin böyük hissəsinin aparıldığı dövrə təsadüf edən Levon Ter-Petrosyanın prezident qismində 1993-cü ildə etdiyi məlum çıxışı azərbaycanlılara qarşı etnik təmizləmənin Ermənistanın dövlət siyasəti olduğunu bir daha təsdiq edir.
Demokrat.az xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.
Bəyanatda daha sonra qeyd edilir: “Həmçinin xatırlatmaq yerinə düşür ki, L.Ter-Petrosyan həmin çıxışında Azərbaycan SSR-dən ermənilərin köçünün məhz Ermənistanın özü tərəfindən təşkil edildiyini də bildirib. L.Ter-Petrosyanın çıxışından müvafiq çıxarışı aşağıda veririk:
“Hərəkat vaxtında başlamasaydı, bu gün Azərbaycanda 500 min erməni qalacaqdı. Onlar fiziki cəhətdən məhv edilməsələr belə, bu, Ermənistanı diz çökdürmək üçün ən güclü rıçaq olardı. Onların əhəmiyyətli bir hissəsi, 300 mindən çox insan Ermənistanda sığınacaq tapdı. Bu da milli problem idi, hərəkatımız sayəsində həll olunan böyük miqyaslı problem”.
Bütün bunlar sübut edir ki, Ermənistan, işğalını mümkün hesab etmədiyi Azərbaycan ərazilərindən ermənilərin köçünü təşkil edərək, iki xalqın nümayəndələrinin dinc yanaşı yaşamaq təcrübəsini aradan qaldırmağı və Ermənistanda monoetnikdövlət yaratmağı hədəfləmişdir.
10Sources
-
xalqqazeti.azİcma: Ermənistan hökuməti monoetnik siyasətə son verməlidir ( 14828995)
-
news365.azQAİ Ermənistan XİN-in əsassız bəyanatını qınayır ( 14825883)
-
aia.azQərbi Azərbaycan İcması Byanat yayıb ( 14825677)
-
olaylar.azQərbi Azərbaycan İcması Ermənistan XİN-in bəyanatını pislədi ( 14825577)
-
yeniazerbaycan.comİcma: Ermənistan hökuməti monoetnik siyasətə son verməlidir ( 14824859)
-
musavat.comİcma Ermənistan XİN-in əsassız bəyanatını qınayır ( 14824821)
-
aznews.azİcma Ermənistan XİN-in əsassız bəyanatını qınayır ( 14824631)
-
baki-xeber.com"Ermənistan hökuməti monoetnik siyasətə son verməlidir" - İcmadan SƏRT BƏYANAT ( 14824463)
-
baki-xeber.com"Ermənistan hökuməti monoetnik siyasətə son verməlidir" - İcmadan SƏRT BƏYANAT ( 14824213)
-
hafta.azİcma Ermənistan XİN-in bəyanatını PİSLƏYİB ( 14824001)