EN

Evdə yanan qadın xəstəxanada öldü

Sumqayıt şəhərində evdə yanan qadın xəstəxanada ölüb.

Modern.az-ın məlumatına görə, hadisə üç gün əvvəl Sumqayıt şəhər "Yaşıl dərə" yaşayış massivində qeydə alınıb.

1953-cü il təvəllüdlü Solmaz Əjdər qızı Məcidova ehtiyatsızlıq nəticəsində yanıb.

O dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Aparılan müayinə və müalicələrə baxmayaraq, o bu gün xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
4
17
modern.az

10Sources