Gəncədə zəhərlənmə hadisəsi baş verib.
News24.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Ozan küçəsində qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakini 2004-cü il təvəllüdlü T.Məhərrəmov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırdır.
T.Məhərrəmovun Azərbaycan Dövlər Aqrar Universitetinin tələbəsi olduğu qeyd edilib. Onun sevdiyi qıza görə sirkə turşusu içdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.