14.01.2025-ci il tarixində saat 14:10 radələrində 1953-cü il təvəllüdlü (qadın cinsli) şəxs Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Başın, çiyinlərin, sol əlin II, III dərəcəli yanığı diaqnozu ilə Reanimasiya şöbəsinə yerləşdirilən şəxsin vəziyyəti ağır olub.
Göstərilən reanimasiyon tədbirlərə baxmayaraq, onun 16.01.2025-ci il tarixində saat 03:40 radələrində ölüm faktı qeydə alınıb.
***
10:02
Sumqayıt şəhərində evdə yanan qadın xəstəxanada ölüb.
Modern.az-ın məlumatına görə, hadisə üç gün əvvəl Sumqayıt şəhər "Yaşıl dərə" yaşayış massivində qeydə alınıb.
1953-cü il təvəllüdlü Solmaz Əjdər qızı Məcidova ehtiyatsızlıq nəticəsində yanıb.
O dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Aparılan müayinə və müalicələrə baxmayaraq, o bu gün xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.