EN

"Şamaxı" heyətini afrikalı futbolçu ilə gücləndirib

"Şamaxı" klubu qış fasiləsində növbəti futbolçu transferini həyata keçirib.

Teleqraf.com xəbər verir ki, bölgə təmsilçisi yarımmüdafiəçi Alfons Msanqa Mabulanı heyətinə cəlb edib.

Tanzaniyalı oyunçu ilə 6 ay + 1 il müddətində müqavilə imzalanıb.

Qeyd edək ki, 21 yaşlı futbolçu Serbiyanın “Spartak” klubuna məxsus olub, O, son olaraq icarə əsasında həmin ölkənin “Novi Sad” klubunda çıxış edib.


Müəllif: Teleqraf.com
Chosen
6
10
teleqraf.com

10Sources