Bakı. Trend:
Azərbaycan Qəzzada atəşkəs və girovların azad edilməsirazılaşmasını alqışlayır.
Trend xəbərverir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin X sosialmedia hesabında qeyd edilib.
Bildirilib ki, Azərbaycan ümid edir ki, bütün tərəflərrazılaşmaya hörmət edəcək və əziyyətlərə son qoyulacaq.
"Azərbaycan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinəuyğun olaraq İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipiəsasında həllini dəstəkləyir və bu məqsədə doğru beynəlxalqictimaiyyətlə işləməyə davam edəcək", - deyə əlavə edilib.
Qeyd edək ki, Qəzza zolağında atəşkəs razılaşması yanvarın 19-daqüvvəyə minəcək və 42 gün davam edəcək. Girovların azad edilməsirazılaşmanın birinci mərhələsi olacaq. HƏMAS-ın ilk mərhələdə 33girovu azad edəcəyi gözlənilir.