Azərbaycan Qəzzada atəşkəs və girovların azad edilməsi razılaşmasını alqışlayır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin X sosial media hesabında qeyd edilib.
Bildirilib ki, Azərbaycan ümid edir ki, bütün tərəflər razılaşmaya hörmət edəcək və əziyyətlərə son qoyulacaq.
"Azərbaycan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini dəstəkləyir və bu məqsədə doğru beynəlxalq ictimaiyyətlə işləməyə davam edəcək", - deyə əlavə edilib.
ZÜMRÜD