EN

Lavrovun müavini HAMAS rəhbərliyi ilə telefon danışığı aparıb

Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov HAMAS rəhbərliyi ilə telefon danışığı aparıb.

Boqdanov HAMAS-ın Siyasi Bürosunun sədri Xaled Maşaal və sədr müavini Musa Abu-Marzukla telefon danışığı zamanı Rusiya vətəndaşı Aleksandr Trufanovun azadlığa buraxılmasını xahiş edib.

Rəsmi Moskva xahişi İsrail və HAMAS arasında girovların mübadiləsinə dair sazişin bağlanmasından sonra edib.

Rusiya XİN-in telefon danışığı ilə bağlı bəyanatında bildirilib ki, Moskva həmçinin Rusiya Federasiyasının daha əvvəl HAMAS rəhbərliyinə təqdim etdiyi humanitar xarakterli digər müraciətlərinin də nəzərə alınacağına ümid edir.

APA

Chosen
3
4
herbiand.az

5Sources