EN

Mozambikdə prezidentin andiçmə mərasimindən sonra 8 nəfər ölüb

Mozambikdə 2024-cü ilin oktyabrında keçirilən prezident seçkilərində qalib gələn Daniel Çaponun andiçmə mərasimindən sonra keçirilən etirazlarda 8 nəfər həyatını itirib.
 
AZXEBER.COM haberglobal-a istinadən xəbər verir ki, bu barədə Mozambikdə seçki prosesini izləyən Vətəndaş Cəmiyyəti Təşkilatı məlumat yayıb.
 
Verilən açıqlamada, Maputo və Nampula şəhərlərində baş verən etirazlarda 8 nəfərin öldüyü, çoxlu sayda yaralının olduğu bildirilib.

Həmçinin açıqlamada, oktyabrın 21-dən bəri davam edən etirazlarda 600 nəfərin həyatını itirdiyi, 4000-dən çox adamın saxlanıldığı iddia edilib.
 
Oksana

 

 

Chosen
4
3
azxeber.com

10Sources