Azərbaycan Milli Antidopinq Agentliyi və Milli Paralimpiya Komitəsinin birgə təşkilatçılığı ilə antidopinq mövzusunda maarifləndirici seminar keçirilib.
Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, seminarda parataekvondo və paraatletika üzrə paralimpiyaçılar iştirak ediblər.
Təqdimat şəklində keçirilən seminarda antidopinq qayda pozuntuları, dopinq təhlükələri, dopinq nəzarəti prosesi haqqında idmançılara ətraflı məlumat verilib.