“Şamaxı” qış fasiləsində növbəti transferini reallaşdırıb.
"Football-plus.az" xəbər verir ki, bölgə təmsilçisi müdafiəçi Vladislav Veremeyevi heyətinə qatıb. Ukraynalı mərkəz müdafiəçisi ilə ilyarımlıq müqavilə imzalanıb.
Qeyd edək ki, 26 yaşlı futbolçunun son klubu Latviyadan “Yelqava” olub.