EN

“Neftçi”dən ayrılan futbolçu “Araz Naxçıvan”a keçə bilər

“Neftçi”ni yenicə tərk edən Kilan Lebon hələ də Azərbaycandadır.

Bizim.Media xəbər verir ki, bunun səbəbi futbolçunun Premyer Liqanın digər təmsilçisi danışıqlar aparmasıdır.
 

Belə ki, “Araz Naxçıvan” Lebonu heyətinə cəlb etmək istəyir. Hələlik tərəflər arasında danışıqlar davam edir.


Qeyd edək ki, “Neftçi”yə 2023-cü ildə gələn Lebon paytaxt klubu ilə qarşılıqlı razılıq əsasında müqaviləyə xitam vermişdi.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
26
50
bizim.media

10Sources