EN

"Google"un axtarış bazarındakı payı 9 ildən sonra ilk dəfə azaldı

"Google" axtarış sisteminin dünya üzrə bazar payı 9 ildən sonra ilk dəfə azalaraq 89.7%-ə enib.

Valyuta.Az xÉ™bÉ™r verir ki, bu barÉ™dÉ™ "Statcounter" mÉ™lumat yayıb. 

Məlumatda qeyd edilib ki, "Google"un qlobal axtarış bazarındakı payı 2015-ci ildən bəri ilk dəfə 2024-cü ilin son aylarında 90%-dən aşağı enib. Ötən ilin oktyabr ayında "Google"un bazar payı 89.34%, noyabr ayında 89.99%, dekabr ayında isə 89.73% olub. Bundan əvvəl, təxminən 9 il ərzində "Google" dünya üzrə 90%-dən çox bazar payına malik lider axtarış sistemi idi.

Hesabata əsasən, "Google"un itirdiyi axtarış trafiki tədricən "Bing", "Yandex" və "Yahoo" arasında bölüşdürülür.

Rəhim

Chosen
23
50
valyuta.az

10Sources