Yasamal rayonu ərazisində yaranan antisanitar vəziyyətlə bağlı məsələ Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən nəzarətə götürülüb.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq qurumdan məlumat verilib.
Bildirilib ki, Agentliyin mütəxəssisləri tərəfindən faktla bağlı müvafiq qurumlarla birgə araşdırmalara başlanılıb. Araşdırmanın nəticəsi ilə bağlı məlumat veriləcək.
"KüçədÉ™, yol kÉ™narlarında antisanitar ÅŸÉ™raitdÉ™ qanunsuz olaraq heyvan kÉ™simi halları ilÉ™ baÄŸlı vÉ™tÉ™ndaÅŸlarımız yerli icra qurumlarına, elÉ™cÉ™ dÉ™ Agentliyin 1003 qaynar xÉ™ttinÉ™ zÉ™ng vuraraq vÉ™ ya “E-Qidam” mobil tÉ™tbiqi vasitÉ™silÉ™ daha rahat ÅŸÉ™kildÉ™ mÉ™lumat verÉ™ bilÉ™rlÉ™r", - açıqlamada deyilir.
***
10:31
Yasamal rayonu ərazisində antisanitar vəziyyət yaranıb.
Bu barədə Modern.az-a Yeni Yasamal ərazisində yaşayan sakinlər məlumat veriblər.
Bildirilir ki, Məhəmməd Xiyabani küçəsində qəssabxanada kəsilən heyvanların qanı küçəyə axıdılır.
"Artıq iki gündür küçədən qan axır, üfunət hər tərəfi bürüyüb", - sakinlərdən biri deyib.
Sakinlər müvafiq qurumlara müraciət etdiklərini, ancaq hələlik cavab ala bilmədiklərini deyib.