EN

150-dən çox cinayət işi: İmran Xana 14 il həbs cəzası kəsdilər

Pakistanın keçmiş baş naziri İmran Xan daşınmaz əmlakla bağlı korrupsiya ittihamı ilə 14 il müddətinə həbs cəzasına məhkum edilib.

Oxu.Az xəbər verir ki, bu barədə "Sky News" nəşri məlumat yayıb.

Xatırladaq ki, ötən ilin noyabr ayında İslamabad Ali Məhkəməsi Pakistanın keçmiş baş naziri və "Təhrik-i-İnsaf" ("Ədalət naminə hərəkat") müxalifət partiyasının qurucusu İmran Xanı girov qarşılığında azadlığa buraxıb.

Məlumata görə, məhkəmə İmran Xanı hər biri bir milyon rupi (3 min 611 dollar) olmaqla iki girovun ödənilməsi şərti ilə azad edib. Pakistan məhkəməsi İmran Xana qarşı 150-dən çox cinayət işi açıb.

Mənbə: oxu.az

Chosen
2
37
oxu.az

10Sources