Demokrat.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və TƏBİB birgə məlumat yayıb.
Qeyd olunub ki, 22 yaşlı Azərbaycan vətəndaşı 2-11 yanvarda xarici ölkəyə turistik səfər edib və oradan döndükdən bir-neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət edib.
Məlumata görə, həkim-infeksionist xəstənin simptomlarına görə meymunçiçəyi virusuna yoluxmadan şübhələnib və xəstədən anamnez toplanması nəticəsində onun, digər ölkəyə səfəri və səfər zamanı səpgili şəxslə əlaqəsinin olduğunu müəyyən edib.
Bildirilib ki, simptomlarla yanaşı epidemioloji əlaqənin olması laborator müayinə üçün test götürməyə əsas verib və xəstənin səpgilərindən götürülmüş yaxmanın laboratoriyada PZR üsulu ilə müayinəsinin nəticəsi meymunçiçəyi virusuna görə müsbət olub.
Hazırda xəstə hospitalizasiya edilib və xəstəxana şəraitində müalicə alır.
10Sources
-
aznews.azAzərbaycanda meymunçiçəyi virusuna ilk yoluxma faktı aşkarlanıb - RƏSMİ ( 14878095)
-
mia.azAzərbaycanda meymunçiçəyi virusuna ilk yoluxma faktı aşkarlanıb - İki qurum birgə məlumat yaydı ( 14875969)
-
news365.azAzərbaycanda meymunçiçəyi virusuna yoluxma AŞKARLANDI ( 14875705)
-
azertag.azXarici səfərdən Azərbaycana dönən vətəndaşın meymunçiçəyi virusuna yoluxduğu məlum olub ( 14875485)
-
demokrat.azAzərbaycanda meymunçiçəyinə yoluxma faktı aşkarlandı — RƏSMİ ( 14875463)
-
azvision.azAzərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı aşkarlanıb - RƏSMİ ( 14875419)
-
yeniavaz.comAzərbaycan vətəndaşında meymunçiçəyi aşkarlandı ( 14875415)
-
yeniavaz.comAzərbaycan vətəndaşında meymunçiçəyi aşkarlandı ( 14875413)
-
ulusum.azAzərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı aşkarlanıb ( 14875375)
-
news24.azAzərbaycanda meymunçiçəyi aşkarlandı ( 14875343)