“Oyunun 2-ci və 3-cü periodlarında yaxşı mübarizə apardıq".
İdman.biz xəbər verir ki, bunu "Gəncə"nin baş məşqçisi Halil Atlı “Lənkəran”la oyundan sonra fikirlərini klubun mətbuat xidmətinə bildirib.
Mütəxəssis bildirib ki, rotasiya edərək oynayıblar: "Rəqibimizi oyuna görə təbrik edirəm. Bu matç bizim üçün göstərici ola bilməz. Sondan əvvəlki dövrənin ilk görüşü idi. Qarşıda daha 9 oyun var. Çatışmazlıqları aradan qaldırıb mübarizəni ən yaxşı şəkildə sürdürmək üçün əlimizdən gələni edəcəyik".
İdman.biz