EN

Masallıda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Kədər və qürur günü

 

Qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin 20 Yanvar hadisələri milli məfkurəmizin inkişafına təkan verməklə müasir, müstəqil Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsinə çevrildi.
Ölkəmizin hər yerində olduğu kimi Masallı rayonunda da 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər həyata keçirilib. 
Şəhər “Qəhrəmanlar parkı - Şəhidlər abidə kompleksi”ndəki ümumrayon anım mərasimində iştirak edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və digər rayon rəsmiləri, şəhid ailələri, müharibə veteranları, idarə, təşkilat əməkdaşları, ağsaqqal və ziyalılar,gənclər, ictimaiyyət nümayəndələri 20 Yanvar və Şəhidlər abidə kompleksinin önünə tər güllər düzərək şəhidlərimizin ruhunu ehtiramla yad ediblər.
Qeyd edək ki, şəhər mərkəzində, eləcə də qəsəbə və kəndlərdəki Şəhidlər Abidə Kompleksləri gün ərzində ictimaiyyət nümayəndələri tərəfindən ziyarət edilib, azadlıq mücahidlərinin ruhlarına dualar oxunub.
Ümumxalq Hüzn Günü ilə bağlı saat 12:00-da rayon ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub – nəqliyyatın hərəkəti dayanıb, maşınlardan səs siqnalları verilib.

 

Akif AĞAYEV

Chosen
8
18
qht.az

10Sources