Sea Breeze

20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar olaraq Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, İcra Hakimiyyətinin kollektivi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ordubad rayonunu təmsil edən deputatları, hüquq-mühafizə orqanlarının, həmçinin idarə, təşkilat və müəssisələrin rəhbər şəxsləri və əməkdaşları, icra nümayəndələri, bələdiyyə sədrləri, şəhid ailələri, müharibə iştirakçıları, qazilər, gənclər, eləcə də rayon ictimaiyyətinin nümayəndələri Ordubad şəhərində yerləşən Şəhidlər xiyabanını ziyarət edərək şəhid məzarları üzərinə gül dəstələri düzüb və onların əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Anım günündə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli 20 Yanvar şəhidi Rahim Babayevin ailəsini də ziyarət edib. İcra başçısı 20 Yanvar hadisələrinin Azərbaycan xalqının müstəqillik tarixində oynadığı rolu xüsusi qeyd edərək, şəhidlərin vətən uğrunda göstərdikləri qəhrəmanlığın heç zaman unudulmayacağını bildirib. Görüşdə şəhid ailələrinə diqqət və qayğı göstərilməsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu vurğulanıb.

20 Yanvar – Ümumxalq Hüzn Günündə dövlət bayraqları yarıyadək endirilib. Saat 12:00-da rayon ərazisində hərəkət dayandırılıb, avtomobillərin səs siqnalları ilə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ETX
ETX
ETX