"Sabah" klubunun yeni transferi Stas Pokatilov paytaxt təmsilçisinə keçidinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, 32 yaşlı qazaxıstanlı qapıçı "bayquşlar"ın mətbuat xidmətinə açıqlamasında belə deyib:
"Burada olduğum üçün çox şadam. Stadionda görüşənədək. "Sabah" bizik".
Qeyd edək ki, Stas Pokatilov karyerası ərzində Qazaxıstanın “Akjayık” (2010-2013), “Şaxtyor” (Karaqanda, 2013-2015), “Aktobe” (2015-2016, 2022-2023), “Kayrat” (2016-2022), “Tobol” (2024) və Rusiyanın “Rostov” (2016) komandalarında çıxış edib. 2015-ci ildən Qazaxıstan millisinin üzvü olan Pokatilov yığmada 28 oyun keçirib.