EN

Azərbaycandan xaricə turist axını 16% artıb

Ötən il xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2023-cü illə müqayisədə 15,5 faiz artaraq 2158,9 min nəfər olub.

Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.

İrana gedən Azərbaycan vətəndaşlarının sayı 32,0 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 11,6 faiz, Gürcüstana gedənlərin sayı 11,5 faiz, Türkiyəyə gedənlərin sayı 8,5 faiz artmışdır. Azərbaycan Respublikası vətəndaşlarının 41,0 faizi Türkiyəyə, 20,7 faizi Rusiya Federasiyasına, 8,7 faizi Gürcüstana, 8,7 faizi İrana, 20,9 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 63,8 faizini kişilər, 36,2 faizini qadınlar təşkil edib.

2024-cü ildə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 69,4 faizi hava, 28,5 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Chosen
3
4
apa.az

10Sources