Ötən il Azərbaycana dünyanın 196 ölkəsindən 2626,7 min və ya əvvəlki illə müqayisədə 25,9 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Gələnlərin 27,8 faizi Rusiya Federasiyası, 16,2 faizi Türkiyə, 9,3 faizi Hindistan, 8,0 faizi İran, 4,2 faizi Gürcüstan, 3,7 faizi Səudiyyə Ərəbistanı, 3,3 faizi Qazaxıstan, 3,1 faizi Pakistan, hər birindən 1,8 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Özbəkistan, 1,7 faizi Çin, 1,4 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, 1,2 faizi Küveyt, 1,1 faizi İsrail, hər birindən 1,0 faiz olmaqla Belarus və Böyük Britaniya, 12,1 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 67,3 faizini kişilər, 32,7 faizini qadınlar təşkil edib.
2023-cü illə müqayisədə Hindistandan gələnlərin sayı 2,1 dəfə, İspaniyadan - 2,0 dəfə, Cənubi Koreyadan - 1,9 dəfə, Çindən - 1,9 dəfə, Qırğızıstandan - 49,6 faiz, Qazaxıstandan - 48,6 faiz, Pakistandan - 46,7 faiz, Filippindən - 44,3 faiz, Omandan - 41,6 faiz, İordaniyadan - 39,7 faiz, Polşadan - 37,0 faiz, ABŞ-dan - 35,1 faiz, İtaliyadan - 35,1 faiz, Almaniyadan - 27,4 faiz, İrandan - 27,2 faiz, Niderlanddan - 27,1 faiz, Türkmənistandan - 27,0 faiz, Tacikistandan - 21,7 faiz, Səudiyyə Ərəbistanından - 21,6 faiz, Yəməndən - 21,0 faiz, Fransadan - 20,0 faiz, Böyük Britaniyadan - 19,2 faiz, Misirdən - 17,2 faiz, Rusiya Federasiyasından - 17,0 faiz, Özbəkistandan - 17,0 faiz, Ukraynadan - 15,6 faiz, Türkiyədən - 12,7 faiz, Moldovadan - 11,8 faiz artıb.