Tədqiqatçılar tunelləri aşkar etmək üçün georadar və lazer skanerlərindən istifadə ediblər. Tarixi qeydlərə görə, bu keçidlərdən biri Milan hersoqu Ludoviko Sforza tərəfindən həyat yoldaşını gizli ziyarət etmək üçün inşa edilib. Leonardo da Vinçinin rəsmlərində də təsvir olunan bu keçidlər uzun müddət əfsanə hesab olunurdu.
Yeni texnologiyalar sayəsində qalanın yeraltı hissəsinin dəqiq xəritəsi hazırlanıb və nəticələr "SciTechDaily" tərəfindən yayımlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31