EN

"Yüz faiz xoşbəxt insanlar xəstəxanadadırlar, Allah ağlımızı..."

“Məncə, yüz faiz xoşbəxt insanlar ruhi xəstəxanada yatırlar”.

Ölkə.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Sənubər İsgəndərli “Pərvizə görə”də deyib. 

O söyləyib ki, həyatının müxtəlif dövrlərində yaxşı və pis günləri olub:

“100 faiz xoşbəxtlik həyatda yoxdur. Büdrəmələr, səhvlər, gözəl və uğursuz günlər var. Yaxşı günlərim də, ruhdan düşdüyüm anlar da olub. Qadın kimi nisbət götürəndə xoşbəxt qadınam. Ruhdan düşdüyüm vaxtlarda yardımım olur, doğmalar həmişə dəstəkdir. Psixoloqların sözü var, deyirlər, sən özün özünə kömək edə bilərsən. Burada haradasa həqiqət var. Ruhdan düşdüyüm anlarda gözəl musiqi qoyub onu dinləyirəm. Birinci mahnıya köklənməsəm də, ikinciyə yavaş-yavaş fokuslanıram. Gözəl şeylər düşünürəm, başımı nəyləsə qatıram, harasa gedirəm. Evdə oturub, işıqları söndürüb, saç yolmuram. Çünki daha optimistəm”.

Sənubər İsgəndərli nənəsinin misalını yada salaraq söyləyib ki, Allah ağlını başından alınca, canını alsın.

O, aparıcının “Səhv etmirəmsə, demişdiniz, qızınıza tapşırmısınız ki, nə vaxtsa düzgün danışmasanız, sizi evdən çıxmağa qoymasın” fikrinə bunları söyləyib:

“Həyatdır, bilmirsən nə olacaq, bəlkə hansısa yaşa qədər yaşayacağam. Olur ki, insanın yaddaşı gedir. Onu zarafatla demişdim, qızım onu ciddiyə almadı. Heç qulaq asmaq istəmədi. Dedim yox, hər şey ola bilər. Onda qapıları bağlayıb ananı evdə otuzdurursan”.

Chosen
24
41
olke.az

10Sources