EN

FKSB Bakıya 500-cü qol ardınca gəlib

Avropa Liqası Liqa mərhələsində “Qarabağ”ın 7-ci rəqibi FKSB Bakıda 500-cü avrokubok qolunu vurmaq istəyində olacaq.

İdman.biz xəbər verir ki, Rumıniya klubu qitə yarışlarında indiyə kimi keçirdiyi 362 oyunda rəqiblərinin qapısından 498 top keçirib. Bakıda komanda 2 top vurarsa qollarının sayını 500-ə çatdırmış olacaq.

Buxarest təmsilçisi 140 görüşdə qalib gəlib, 100 dəfə heç-heçə oynayıb, 122 dəfə məğlub olub. Rəqibləri FKSB-nin qapısından 468 top keçiriblər.

Avropa Liqasında isə komanda 92-ci matçına çıxacaq. 91 oyunda FKSB 40 qələbə qazanıb, 24 oyunu heç-heçə başa vurub və 27 matçda məğlub olub. Vurduğu 128 qol qarşılığında 105-ni buraxıb.

Buxarest klubu həmçinin Çempionlar Liqasında 108, Çempionlar Kubokunda 42, UEFA Kubokunda 62, Kuboklar Kubokunda 40, Konfrans Liqasında 18, UEFA Superkubokunda 1 oyun keçirib.

Qeyd edək ki, rumınlar bir gün öncə Bakıya gəliblər. Oyun yanvarın 23-də, saat 21:45-də başlayacaq.

Vüqar Məmmədov
İdman.biz

Chosen
32
17
idman.biz

10Sources