EN

ABŞ Çinlə “ticarət müharibəsinə” başlaya bilər

Bakı. Trend:

ABŞ-nin prezidenti Donald Tramp fevralın 1-dən Çindən idxalolunan mallara 10 faizlik gömrük rüsumunun tətbiq olunmasınınəzərdən keçirir.

Trend bu haqdaBBC-ə istinadən məlumat verir.

Tramp Çinə qarşı potensial gömrük ölçülərini Çinin Meksika vəKanadadan ABŞ-yə kütləvi şəkildə fentanil göndərməsi iləəsaslandırmışdı.

Onun Ağ Evdə verdiyi açıqlamaya görə, həmin maddə təkcə ABŞ-dəyox bütün dünyada sintentik narkotiklərlə bağlı böhranınyaranmasına yol açıb.

Əlavə olaraq rəsmi Pekin Trampın bu “təhdidini” pisləyərək,“ticarət müharibəsindən” heç bir tərəfin qalib ayrılmayacağınıbildirib. Çinin Vaşinqtondakı səfirliyinin nümayəndəsi Lyu Penyun,Ağ Evin yüksək rüsumlarla təhdid etmək əvəzinə beynəlxalq qaydalarahörmət etməli və ikitərəfli əməkdaşlıq üçün lazımi mühit yaratmalıolduğunu söyləyib.

Qeyd edək ki, Tramp bundan əvvəl Meksika və Kanadaya da 25faizlik gömrük rüsumu tətbiq etməklə hədələmiş və bu ölkələriAmerikaya qanunsuz miqrantların və narkotik vasitələrin axınınagörə qınamışdı.

Məqalədə:
Chosen
28
50
az.trend.az

10Sources