EN

İsrail prezidenti: İran Trampın əsas məsələsi olacaq

İran ABŞ-nin yeni prezidenti Donald Trampın yürütdüyü xarici siyasətin əsas priorotetini təşkil edəcək.

Ölkə.Az xəbər verir ki, bunu İsrail prezidenti İsaak Hersoq Davosda Dünya İqtisadi Forumunda jurnalist Farid Zakariyaya müsahibəsində deyib.

"İran yaxın gələcəkdə onun xarici siyasətinin gündəminin başında olacaq və bunun müzakirəsinı ciddi ehtiyac var", - İsrail prezidenti deyib.

O əlavə edib ki, İranın nüvə potensialı ola bilməz. "Onun himayədarlarına və “şər oxuna” son qoymalıdır", - Hersoq vurğulayıb.

Hersoq onu da əlavə edib ki, Tehran nüvə silahının əldə olunması ciddi səylər göstərir və hər gün bu istiqamətdə irəliləyişə nail olmaq istəyir. "Onlar bomba üçün tələsirlər və təbii ki, bütün dünyada və regionumuzda davamlı olaraq terror aktları planlaşdırırlar”, - o qeyd edib.

Mürtəza
Ölkə.Az

Chosen
26
50
olke.az

10Sources