EN

“Şamaxı” futbolçusu ilə müqaviləni ləğv etdi

“Şamaxı” futbolçusu Emin Zamanov ilə yollarını ayırıb. Yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

2023-cü ilin yanvarından komandada çıxış edən Zamanov ötən mövsüm komandamızla 1-ci liqa çempionluğu yaşayıb, “Şamaxı” forması ilə ümumilikdə 18 qola imza atıb.

Klub Zamanova göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Chosen
13
7
football-plus.az

9Sources