EN

Davos İqtisadi Forumunun əhəmiyyəti - RƏY

Davos İqtisadi Forumu çox vacib və dünyanın bu məsələdə ixtisaslaşan önəmi forumlarından biridir və AzərbaycanPrezidenti İlham Əliyev hər il bu forumda iştirak edərək, Azərbaycanın iqtisadi, siyasi baxışlarını, dövlətimizin mövqelərini ən yüksək səviyyədə ifadə edir.

Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə müsahibəsində politoloq Tural İsmayılov bildirib.

Politoloq qeyd edib ki, Azərbaycan bu gün bölgənin ən önəmli ölkəsidir və Azərbaycan olmadan Cənubi Qafqazı təsəvvür etmək mümkün deyil.

"Bu baxımdan da Azərbaycanın yeni investisiya imkanları yaranıb. Azərbaycan 44 Günlük Vətən Müharibəsində işğalı bitirməklə, daha sonra bir sutkadan az davam edən antiterror əməliyyatlarından sonra Xankəndiyə bayraq sancmaqla bölgədəki separatçılıq ruhunu bitirib və öz ərazi bütövlüyünü bərpa edib. Bu da Azərbaycanın təkcə siyasi və hərbi mənada gücünü göstərmir, eyni zamanda bundan sonra Cənubi Qafqaz bölgəsində sülh və sabitlik üçün çox önəmli və vacib bir platforma formalaşdırmış olur.

Bu baxımdan da Azərbaycan həm də iqtisadi cəhətdən dünyanın diqqət mərkəzlərindən biri halına gəlib ki, cənab prezidentin Davos çərçivəsində həyata keçirdiyi görüşlər içərisində təkcə dövlət başçıları, siyasi xadimlər deyil, həm də önəmli şirkətlərin rəhbər şəxsləri də təmsil olunurlar. Eyni zamanda Davos Forumu Azərbaycana yeni investisiya imkanlarının cəlbi deməkdir. Burada Azərbaycanın investisiya mühiti haqqında məlumat verilir və Davos Forumu buradakı iştirakçıları öz ölkələri haqqında geniş məlumat vermək üçün mühüm imkanlar deməkdir ki, bu Forumda Azərbaycana olan diqqətin hər il artması ölkəmiz üçün yeni imkanlar deməkdir”, - deyə Tural İsmayılov vurğulayıb.

Aminə Nəzərova

Chosen
12
43
operativmm.az

10Sources