“Sabah”ın və Azərbaycan milli komandasının yarımmüdafiəçisi Elvin Camalov “Neftçi”yə keçib.
Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi transferi rəsmi saytı vasitəsilə açıqlayıb.
Tərəflər "1,5+1" illik müqaviləyə qol çəkiblər.
Camalovun “Sabah”la müqaviləsi olsa da, o, klubdan azad agent kimi ayrılıb. Tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər.
Milli komandamızın futbolçusu “Neftçi”də 4 nömrəli formanı geyinəcək.
“Qəbələ”nin yetirməsi olan 29 yaşlı dayaq yarımmüdafiəçisi “Zirə” və “Sabah” klublarında da çıxış edib. Sonuncu klubu “Sabah”da kapitan olan təcrübəli futbolçu 2018/19 mövsümündə “Qəbələ” ilə Azərbaycan Kubokunu başı üzərinə qaldırıb. O, milli komandamızın heyətində 20 oyun keçirib.