EN

Husilər ələ keçirilən gəminin ekipajını azad etdilər

Husilər ələ keçirilən gəminin ekipajını azad etdilər

Yəmənin Husilərin Ənsar Allah hərəkatı 2023-cü ilin noyabrında Ədən körfəzində ələ keçirilən “Galaxy Leader” yük gəmisinin heyətini azad edib. AFN.az xəbər verir ki, bu barədə qiyamçıların yaratdığı Ali Siyasi Şura məlumat yayıb. Proses Omanın vasitəçiliyi ilə baş tutub. "Ali Siyasi Şura bu gün 19 noyabr 2023-cü ildə əsir götürülən "Galaxy Leader" gəmisinin ekipajının Qəzza zolağına dəstək çərçivəsində azad edildiyini elan edib", - deyə Şuranın açıqlamasında deyilir. Açıqlamanı husilərin nəzarətində olan SABA xəbər agentliyi dərc edib. "Al Masirah" telekanalının məlumatına görə, gəminin ekipaj üzvləri sərbəst buraxıldıqdan Omana aparılıblar.

Chosen
39
28
afn.az

10Sources