Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinin 7-ci turu çərçivəsində daha bir oyun keçirilib.
Fanat.Az xəbər verir ki, ötən gün "Qalatasaray" - "Dinamo Kiyev" matçı (3:3) ilə başlayan turun ikinci görüşü də İstanbulda baş tutub.
Türkiyə təmsilçisi “Beşiktaş” doğma azarkeşləri önündə İspaniyanın "Atletik" (Bilbao) komandasını qəbul edib. "Qara qartallar" rəqibini darmadağına məruz qoyub.
Meydan sahibləri 9 xalla 10 pillə irəliləyərək 18-ci yerə yüksəlib, qonaqlar isə 16 xalla 2-ci pillədə qalıb.
Azərbaycanın AL-dəki təmsilçisi “Qarabağ” 7-ci tur çərçivəsində sabah Bakıda FCSB klubu ilə üz-üzə gələcək. Turun digər matçları yanvarın 23-də baş tutacaq.
UEFA Avropa Liqası
Liqa mərhələsi, VII tur
22 yanvar
Beşiktaş (Türkiyə) – "Atletik Bilbao" (İspaniya) 4:1
Qollar: Raşitsa, 17; 60. Rafa Silva, 77. Joau, 90+2 - Unay Qomes, 45.