EN

Bakı yaxınlığında yol çökdü - VİDEO

Bakı yaxınlığında yol çökdü - VİDEO

Azərforum Xezerxeber.az-a istinadla xəbər verir ki, Abşeronda avtomobil yolunda çökmə baş verib.

yaranmış vəziyyət xüsusən də ilk dəfə həmin yoldan istifadə edən sürücülər üçün böyük təhlükə yaradır.

Bu yoldan istifadə edən həm sürücülər, həm də sakinlər çökmə hadisəsinə görə narahatdırlar. Sürücülər deyirlər ki, həmin ərazidən sürətlə keçdikdə qəza riski yaranmaqla yanaşı, avtomobillərin alt işlək hissələri də zərər görür.

Mövcud vəziyyətdən Abşeron su meliorasiya sistemlərinin istismarı idərəsi də məlumatlıdır. Bildirilib ki, həmin yolun bir neçə hissəsində baş verən qəza ilə bağlı adıçəkilən qurum tərəfindən mütəmadi olaraq təmir bərpa işləri aparılır.

Abşeron rayon İcra Hakimiyyətindən isə ''Xəzər Xəbər''ə bildirildi ki, Xırdalan şəhəri Heydər Əliyev prospektinin bir hissəsində yüksək təzyiqli su kəmərində baş vermiş qəza və nəticədə su sızıntısının yaranması tədricən yolun alt qatının yuyulmasına və yolun çökməsinə gətirib çıxarıb. O da bildirildi ki, rayon icra hakimiyyəti tərəfindən qəza və yolun bərpası ilə əlaqədar Dövlət Su Ehtiyatları Agentliyinə məlumat verilib. Aidiyyəti təşkilatlardan müvafiq icazələr alınıb. Sabahdan etibarən ərazidə qazıntı, qəzanın aradan qaldırılması və yolun bərpası işlərinə başlanılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
4676
47
xezerxeber.az

10Sources