1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Son yüz il ərzində bütün dünyada kişilər qadınlardan iki dəfə daha sürətlə böyüyüb və çəki qazanıblar. Bu, Ruhempton Universitetinin (Böyük Britaniya) alimlərinin apardığı yeni araşdırmanın nəticəsi olaraq məlum olub.
Oxu.Az xəbər verir ki, tədqiqatla bağlı "The Guardian" məlumat yayıb.
Məlumata görə, keçən əsrdə kişi və qadınların fiziki dəyişikliklərini müəyyən etmək üçün tədqiqatçılar Ümumdünya Səhiyyə Təşkilatının, milli səhiyyə departamentlərinin və Böyük Britaniya arxivlərinin məlumatlarından istifadə ediblər.
Elm adamları müəyyən ediblər ki, qadınların orta boyu 1.7 sm, çəkisi isə 2.7 kq artıb. Kişilər üçün bu rəqəmlər isə müvafiq olaraq 4 sm və 6.5 kq olub. Bu, həyat keyfiyyətinin yaxşılaşmasının kişilərə nisbətən daha çox boy və çəki artımına təsir etdiyini göstərir.