EN

Husilər 2023-cü ildə ələ keçirdikləri gəmi heyətini azad etdilər

İranın dəstəklədiyi Yəmən Husi Ənsar Allah üsyançıları Yəmənin Qırmızı dəniz sahillərində Bahamiya bayrağı altında üzən gəmini ələ keçirdikdən 14 ay sonra “Galaxy” gəmisinin ekipajını azad ediblər.

Herbiand.az xəbər verir ki, bu barədə yanvarın 22-də Husilərə məxsus Al Masirah telekanalına istinadən Reuters agentliyi məlumat yayıb. “

Galaxy Maritime” idarəedici şirkətinin məlumatına görə, ekipajdan 25 dənizçi, o cümlədən Ukrayna, Bolqarıstan, Filippin, Meksika və Rumıniya vətəndaşları buraxılıb.

Hesabatda bildirilir ki, ekipaj İsrail və Fələstinin HƏMAS radikal qruplaşması arasında üç gün əvvəl razılaşdırılmış Qəzza zolağında altı həftəlik atəşkəslə "koordinasiya əsasında" Oman hakimiyyətinə təhvil verilib. Husilərin bəyanatında deyilir: “Galaxy” ekipajının buraxılması Qəzza zolağı ilə həmrəyliyimizin bir hissəsi və atəşkəs razılaşmasına dəstək olaraq həyata keçirilir”.

Chosen
22
28
herbiand.az

10Sources