EN

22 ştat Trampın doğum hüququnu məhdudlaşdıran sərəncamına qarşı məhkəmə iddiası qaldırıb

Demokratların rəhbərlik etdiyi iyirmi iki ABŞ ştatı Prezident Donald Trampın ölkədə yaşayan sənədsiz miqrantların övladlarının ABŞ vətəndaşlığına son qoymasına mane olmaq üçün çərşənbə axşamı məhkəməyə müraciət edib.

Paytaxt Vaşinqton və San-Fransiskoda şəhər hökumətlərinin qoşulduğu ştatların iddiası Trampın bazar ertəsi andiçmə mərasimindən dərhal sonra imzaladığı icra sərəncamlarına qarşı çıxanların ilk iddialar arasındadır.

ABŞ Konstitusiyası ölkədə doğulanlara vətəndaşlığa zəmanət verir və məhkəmə qərarları ABŞ-da doğulmuş xarici diplomatların övladları üçün vətəndaşlığın rədd edilməsi kimi kiçik istisnalar edib.
Tramp ABŞ-da yaşayan 11 milyon və ya daha çox sənədsiz miqrantlara qarşı repressiyalarının bir hissəsi olaraq, ABŞ agentliklərinə vətəndaşlıq sənədlərinin sənədsiz miqrantların övladlarına verilməsini dayandırmağı əmr edən sərəncam imzalayıb.

Respublikaçı Prezidentin sərəncamı fevralın 19-dan etibarən federal rəsmilərə ölkədə qeyri-qanuni və ya müvəqqəti olaraq ABŞ-da yaşayan anaların Birləşmiş Ştatlarda doğulan uşaqları ABŞ vətəndaşlığını tanımamağı tapşırıb. Həmçinin, bu uşaqların ataları vətəndaş və ya qanuni daimi sakin deyilsə, həmin uşaqlar vətəndaşlıqdan məhrum ediləcək.

Trampın yeni administrasiyası bu kimi miqrantları illərdir ABŞ-da yaşamış, vergi ödəmiş və Amerika həyatına assimilyasiya olunmuş olsalar belə, öz ölkələrinə deportasiya etmək üçün sürətlə hərəkət edir. Trampın immiqrasiya agentləri ilk növbədə cinayət törətməkdə təqsirli bilinən sənədsiz miqrantları hədəf alır.

Ağ Ev Boston, Massaçusets və Konkord, Nyu-Hempşirdə açılan iddialarla bağlı hələ şərh verməyib. Dörd ştat Vaşinqtonda ayrıca iddia qaldırıb.

Demokratların rəhbərlik etdiyi ştatlar və müdafiə qrupları Trampın digər iki sərəncamına da etiraz edib. Bunlardan biri Hökumətin Səmərəliliyi Departamentinin yaradılması (milyarder Trampın tərəfdarı İlon Maskın nəzarət etdiyi qeyri-hökumət məsləhətçi paneli) və digəri hökumət məmurlarının işini asanlaşdırmaq üçün iş mühafizəsinin zəiflədilməsi. Bu,Tramp administrasiyasının onları işdən çıxarıb, Trampa sadiq olanlarla əvəz etməsinə yol açır.

visiontv.az



Chosen
6
50
visiontv.az

10Sources