EN

Peskov: Ermənistan KTMT-dən çıxmaq planlarını açıqlamayıb...

Ermənistan hələlik Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından) çıxmaq niyyətini açıqlamayıb...

Poliqon xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ənənəvi brifinqdə bildirib. Peskov Ermənistan Xarici Kəşfiyyat Xidmətinin 2025-ci ildə bu ölkənin KTMT-yə üzvlüyünü dayandırmaq üçün əsasların aradan qalxmayacağı barədə hesabatını belə şərh edib.

“KTMT öz effektivliyini və aktuallığını sübut edən müstəqil, yetkin bir təşkilatdır. Bunun üzərində iş davam edir. İndiyədək Ermənistan bu təşkilatı tərk etmək niyyətini bəyan etməyib”, deyə Dmitri Peskov jurnalistin müvafiq sualını cavab verib. Peskovun sözlərinə görə, yanvarın 17-də Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı zamanı bu mövzu müzakirə olunmayıb.

Xatırladaq ki, Ermənistan Xarici Kəşfiyyat Xidmətinin hesabatında deyilir ki, KTMT-nin səlahiyyətləri 2025-ci ildə “əhəmiyyətli dərəcədə sorğulanmağa davam edəcəkErmənistanın xarici kəşfiyyatı qeyd edib ki, KTMT-nin nizamnamə məqsədləri olan Cənubi Qafqazdakı problemlərə cavab verə bilməməsi çox güman ki, dəyişməyəcək.

Xatırladaq ki, 2024-cü ilin fevralında Nikol Paşinyan ölkənin KTMT-yə üzvlüyünün dondurulduğunu elan edib. İrəvanın fikrincə, KTMT üzvləri öhdəliklərini yerinə yetirmir və təşkilatın məsuliyyət sahəsini tanımır.

Poliqon.info

Chosen
12
13
poliqon.info

10Sources