EN

NATO-nun Baş katibi Ukraynaya daha çox silah verməyə çağırıb

Bakı, 23 yanvar, AZƏRTAC

Kiyevin məğlubiyyəti NATO-ya hərbi ehtiyaclar üçün ayırdığı əlavə milyardlarla dollara deyil, trilyonlarla dollara başa gələcək.

AZƏRTAC xəbər verir ki, NATO-nun Baş katibi Mark Rütte bunu Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Ukraynaya həsr olunmuş tədbirdə çıxış edərkən deyib.

“Ukrayna məğlubiyyətə uğrasa, NATO-nun milyardlarla deyil, trilyonlarla dollara ehtiyacı olacaq. Bu halda alyansın qərb cinahının müdafiəsi indi müzakirə etdiyimizdən daha baha başa gələcək”, - deyə Mark Rütte bildirib.

NATO-nun Baş katibi atəşkəs haqqında daha az danışmağa və Ukraynaya daha çox silah tədarük etməyə, habelə Rusiyanın şərtləri ilə razılaşmamağa çağırıb.

Chosen
5
5
azertag.az

10Sources