EN

NATO-nun məğlubiyyət qorxusu: Bizə trilyonlara başa gələcək

Ukrayna Rusiya ilə münaqişədə uduzarsa, NATO-nun müdafiə qabiliyyətini gücləndirmək üçün əlavə trilyonlar xərcləmək məcburiyyətində qalacağıq. 

Demokratikmusavat.comxəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte Davosda keçirilən Dünya İqtisadi Forumunda deyib.

Ba. katib bildirib ki, NATO-nun əsas vəzifəsi danışıqlar başlamazdan əvvəl davamlı sülhə nail olmaq üçün Kiyevin mövqeyini gücləndirmək olmalıdır. 

“Ukrayna uduzsa, o zaman NATO-nun qalan hissəsinə qarşı çəkindirmə gücünü bərpa etmək bu, xərclərimizi artırmaq və sənaye istehsalımızı artırmaq baxımından hazırda düşündüyümüzdən qat-qat baha olacaq”, - Rutte bildirib.

O əlavə edib ki, bu səbəbdən də NATO-ya üzv ölkələr müdafiə xərclərini ÜDM-in 2%-dən 3%-ə qədər artırmalıdır:

"Bu, milyardlarla əlavə xərclər deyil, Ukrayna uduzsa, o zaman xərclər trilyonlarla olacaq".

NATO baş katibi onu da bildirib ki, müdafiə xərclərini hələ 2%-ə qədər artırmayan alyans ölkələri bunu iki ay ərzində etməlidir. 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp müdafiə sahəsinə xərclərin artırılmasını ÜDM-in 5%-ə çatdırmağa çağırıb.

Mürtəza
Demokratikmusavat.com

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

10Sources