Ukrayna Rusiya ilə münaqişədə uduzarsa, NATO-nun müdafiə qabiliyyətini gücləndirmək üçün əlavə trilyonlar xərcləmək məcburiyyətində qalacağıq.
Demokratikmusavat.comxəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte Davosda keçirilən Dünya İqtisadi Forumunda deyib.
Ba. katib bildirib ki, NATO-nun əsas vəzifəsi danışıqlar başlamazdan əvvəl davamlı sülhə nail olmaq üçün Kiyevin mövqeyini gücləndirmək olmalıdır.
“Ukrayna uduzsa, o zaman NATO-nun qalan hissəsinə qarşı çəkindirmə gücünü bərpa etmək bu, xərclərimizi artırmaq və sənaye istehsalımızı artırmaq baxımından hazırda düşündüyümüzdən qat-qat baha olacaq”, - Rutte bildirib.
O əlavə edib ki, bu səbəbdən də NATO-ya üzv ölkələr müdafiə xərclərini ÜDM-in 2%-dən 3%-ə qədər artırmalıdır:
"Bu, milyardlarla əlavə xərclər deyil, Ukrayna uduzsa, o zaman xərclər trilyonlarla olacaq".
NATO baş katibi onu da bildirib ki, müdafiə xərclərini hələ 2%-ə qədər artırmayan alyans ölkələri bunu iki ay ərzində etməlidir.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp müdafiə sahəsinə xərclərin artırılmasını ÜDM-in 5%-ə çatdırmağa çağırıb.
Mürtəza
Demokratikmusavat.com