Ukraynaya dəstəyin davam etdirilməsi ABŞ üçün strateji əhəmiyyətli məsələdir. Manset.az RBK Ukraina-ya istinadən xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tıxin jurnalistlərə açıqlamasında deyib. O, bildirib ki, ABŞ-nin Ukraynaya dəstəyi davam edir: “Üstəlik, bu dəstək hər iki ölkə üçün strateji əhəmiyyətli olaraq qalır”. Nazirlik rəsmisi söyləyib ki, ABŞ-nin dəstəyi ədalətli sülhə nail olmaq üçündür.