EN

78 nəfərin öldüyü yanğın - İlk müdaxilə 54 dəqiqə sonra edilib

Türkiyə Grand Kartal otelində 78 nəfərin həyatını itirdiyi yanğınla bağlı Bolu Bələdiyyəsi Yanğından Mühafizə İdarəsinin hazırladığı hesabat tamamlanıb.

Yanğından Mühafizə İdarəsinin hesabatında Grand Kartal otelində baş verən yanğın barədə məlumat verilib və komandaların yola düşmə vaxtı 03.30, gəliş və reaksiya vaxtı isə 04.24 kimi qeyd edilib.

News24.az xəbər verir ki, hadisənin baş vermə səbəbi ilə bağlı hesabatda belə qeyd edilib:

“Yanğına ilk müdaxilə edən otel əməkdaşlarının, hadisə şahidlərinin ifadələri və tərəfimizdən aparılan araşdırmalar nəticəsində yanğının 4-cü mərtəbədə mətbəx/restoran hissəsində başladığı müəyyən edilib".

Hesabatda 3-cü mərtəbənin yanğının başlanğıc nöqtəsi olmadığı və yalnız yayılmağa məruz qaldığı da bildirilib.

Eyni zamanda, hesabatda aşağıdakı ifadələr yer alıb:

"Hadisə yerinə gələndə "Grand Kartal Hotel" dəhşətli şəkildə yanırdı. Yanğın tərəfimizdən söndürülüb. 50-dən çox vətəndaş olduqları otaqların pəncərələrindən qabaqdan nərdivan vasitəsi ilə təxliyə edilib. Yanğın səbəbindən bütün otel binası yararsız hala düşüb”.

Günel Məlikzadə


Chosen
10
7
news24.az

10Sources