EN

3 qızı öldürən şəxsə 52 il cəza verildi - Britaniya məhkəməsindən QƏRAR!

Image

Böyük Britaniyanın Sauthport şəhərində yeniyetmə Aksel Rudakubana üç qızı qətlə yetirdiyinə görə 52 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə “Sky News” telekanalı məlumat yayıb. "Mən onu minimum 52 il müddətinə ömürlük həbs cəzasına məhkum edirəm. O, 175 gün həbsdə olub, ona görə də minimum həbs müddəti 51 il 190 gün olacaq", - hakim Julian Qus hökmü elan edib.
Qus əlavə edib ki, cinayəti törədən zaman qatilin 17 yaşı olduğu üçün minimum müddət göstərmədən məhkuma zəmanətli ömürlük həbs cəzası verə bilməz.

Mətləb





Chosen
5
4
baki-xeber.com

8Sources