EN

Tramp cinsini dəyişib qadın olanların kişi türməsində saxlanılmasını əmr edib

ABŞ prezidenti Donald Tramp transseksual qadınların (doğuşdan kişilər) kişi həbsxanalarında saxlanması barədə göstəriş verib.
 
Bu barədə “New York Times” (NYT) qəzeti məlumat yayıb.
 
Federal həbsxanalar dövlət başçısından “Qadınların gender ideologiyasının ekstremizmindən qorunması və federal hökumətdə bioloji həqiqətin bərpası” adlı sərəncam alıb. Məhkumlara cinsiyyət dəyişdirmə əməliyyatı da qadağan ediləcək.
 
ABŞ liderinin sərəncamında deyilir ki, “cinsiyyətin bioloji reallığını” məhv etmək cəhdləri qadınları ləyaqətdən, təhlükəsizlikdən və rifahdan məhrum etməklə onlara zərər verir.
 
ABŞ Federal Həbsxanalar Bürosunun məlumatına görə, ölkə üzrə həbsxanalarda ümumilikdə 1500-ə yaxın transseksual qadın var.
 
Qeyd edək ki, yanvarın 20 və 21-də Donald Tramp onlarla icra sərəncamı imzalayıb. Onların arasında ABŞ-da yalnız iki cinsi - kişi və qadını tanıyan və sözdə gender ideologiyasından imtina edən bir fərman da var. /Musavat.com/
 
Chosen
11
50
moderator.az

10Sources