EN

Tramp tezliklə Rusiya və Ukraynanı danışıqlara məcbur edəcək: Türkiyə də prosesə qoşula bilər...

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin həllinin indi tamamilə Moskvadan asılı olduğunu bildirib.

O, bunu Davosda keçirilən Dünya İqtisadi Forumunun iştirakçılarına videobağlantı vasitəsilə çıxışında deyib və bildirib ki, Ukrayna razılığa hazırdır. Trampın sözlərinə görə, artıq tərəflər arasında atəşkəslə bağlı işə başlanılıb. ABŞ lideri sülhün təmin olunacağına əminliyini ifadə edib.

Belə olan halda Trampın prosesləri bu qədər sürətləndirilməsində əsas marağı nədir? 

Sitat.info-ya açıqlamasında bu haqda danışan siyasi şərhçi Kənan Novruzov bildirdi ki, Tramp Rusiya ilə gərgin münasibətləri düzəltmək, əlaqələri bərpa etmək istəyir: "Tramp hakimiyyətə gələnə qədər dəfələrlə müsahibələri bitirmək də iddialı olduğunu söyləmişdi. Onun hazırki bəyanatları da göstərir ki, Tramp həqiqətən bunda israrlıdır. Bunun əsas səbəbi onun Rusiya ilə münasibətləri daha da kəskinləşdirmək istəməməsidir. Tramp siyasətə biznesmen təfəkkürü ilə yanaşaraq Rusiya ilə iqtisadi əlaqələrin inkişafında maraqlıdır. O, həmçinin Ukraynada müharibənin dayanmasına və Ukraynanın yenidən bərpa olunmasına çalışır". 

K.Novruzov vurğulayıb ki, bütün bunlar Ukraynaya dəstəyin azaldılması ilə baş verəcək və danışıqlara məcbur ediləcək: "Lakin təbii ki, Ukrayna belə məğlub vəziyyətdə danışıqlara razı olmayacaq. Təsadüfi deyil ki, Ukrayna son zamanlar Kursk vilayətində fəallaşıb. Bu, mümkün danışıqlara hazırlaşmaq deməkdir. Ukrayna hazırlaşır ki, Kursku qaytarmaqla özünün işğal altındakı torpaqlarının müəyyən hissəsini geri alsın. Ola bilər ki, bu Trampın tapşırığıdır. Ukraynanı məsələ ilə bağlı razı salmaq elə də çətin deyil. Bu məsələlər əsasən Rusiyadan asılıdır. Rusiyanı razı salmaq üçün təzyiqləri artırmaq lazımdır. Müəyyən mərhələdən sonra, ABŞ-nin xüsusilə Rusiyanı razı salmaq məsələsində Türkiyənin köməyinə ehtiyacı olacaq. Türkiyə və ABŞ Ukraynada mümkün sülhə koordinasiyalı fəaliyyət nəticəsində nail olacaq".

Seymur Bənnayev,

Sitat.info 

Chosen
5
50
sitat.info

10Sources