EN

İran ABŞ sərhəd təlimatçılarının Ermənistana gəlməsindən narahat deyil

İran ABŞ-ın sərhəd nəzarəti üzrə ekspertlərdən ibarət işçi qrupunun gözlənilən səfərindən narahatlığını ifadə etməyib.

Herbiand.az xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan parlamentdə jurnalistlərə açıqlamasında deyib.

Strateji tərəfdaşlıq qrupunun yaradılmasına dair erməni-amerikan xartiyasının imzalanmasına sərhəd nəzarəti sahəsində təcrübələrini bölüşəcək bir qrup mütəxəssisin Ermənistan-İran sərhədinə göndərilməsi haqqında razılaşma da öz əksini tapıb. Nazir müavini qeyd edib ki, bu mövzu bütün vacib məsələlər kimi İran tərəfi ilə də müzakirə olunub. Nazir müavini qeyd edib ki, bu konkret məsələ hansısa konkret ölkə üçün həssas cəhətlərə deyil, sərhəd xidmətlərinin işinə aiddir. Nazir müavini əlavə edib ki, İranla müttəfilik  görünməmiş yüksək səviyyədədir, bu, qarşılıqlı səfərlərdən və bəyanatlardan da görünür.

 

Chosen
7
50
herbiand.az

10Sources