Rusiyanın ən böyük mikroelektronika istehsalçılarından biri olan Bryansk "Kremniy EL" zavodu pilotsuz təyyarələrin hücumundan sonra fəaliyyətini dayandırıb.
Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda şirkətin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd edilir ki, hücum zamanı ölən və yaralananlar olmayıb.
MÉ™tbuat xidmÉ™tinin mÉ™lumatına görÉ™, ötÉ™n gecÉ™ altı pilotsuz uçan aparat (PUA) zavoda zÉ™rbÉ™lÉ™ri qeydÉ™ alınıb: “Hücum nÉ™ticÉ™sindÉ™ müəssisÉ™nin istehsalat sahÉ™lÉ™rinin bir hissÉ™si vÉ™ hazır mÉ™hsul anbarı zÉ™dÉ™lÉ™nib. Xüsusi enerji ilÉ™ tÉ™min olunan obyektlÉ™rÉ™ ziyan dÉ™yib, texnoloji istehsal zÉ™ncirlÉ™ri pozulub. ÅžirkÉ™tin fÉ™aliyyÉ™ti dayandırılıb”.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, yanvarın 24-nə keçən gecə Rusiya regionları üzərində 121 PUA aşkarlanıb. Aşkarlanan PUA-ların hamısı məhv edilib. Lakin bəzi PUA-lar hədəflərə çata bilib.
Xatırladaq ki, Ukraynanın PUA-lar vasitəsilə "Kremniy EL" zavoduna hücumu ilk dəfə deyil. Sonuncu dəfə 2024-cü ilin oktyabrında pilotsuz təyyarənin hücumundan sonra zavodun enerji təchizatı dayandırılıb və istehsal zəncirləri kəsilib.
Vasif