EN

Makron Luvr muzeyinin qəzalı vəziyyəti ilə bağlı bəyanat verəcək

Fransa prezidenti Emmanuel Makron Luvr muzeyinin qəzalı vəziyyəti ilə bağlı bəyanatla çıxış edəcək.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Yelisey sarayından bildirilib.

"Prezidentlik, Mədəniyyət Nazirliyi və Luvr rəhbərliyi arasında müzakirələr aparılır. Dövlət başçısı yaxın vaxtlarda bu məsələ ilə məşğul olmağı planlaşdırır", - saraydan bildirilib.

Qeyd edək ki, yanvarın 13-də muzeyin direktoru Lorans De Kar Fransanın mədəniyyət naziri Raşida Datiyə məxfi məktub göndərərək, binanın ciddi şəkildə köhnəlməsi səbəbindən Luvrun əsaslı təmirə ehtiyacı olduğunu bildirib.

Chosen
14
4
report.az

10Sources