İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı Əlireza Tanqsiri cümə günü Fars körfəzində təlimlərin keçiriləcəyini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Tanqsirinin sözlərinə görə, manevrlərdə xüsusilə yerüstü-dəniz raketlərindən istifadə olunacaq.
“Təlimlər bizim regionda təhlükəsizliyi təmin etmək bacarığımızı nümayiş etdirəcək”, - deyə komandir bildirib.